44 günlük Vətən Müharibəsində ağır məğlubiyyətə uğramasına baxmayaraq Ermənistanda separatçı qüvvələr hələ də öz məkirli planlarından əl çəkmək niyyətində deyillər. Son zamanlar Sarkisyan-Köçəryan cütlüyü və erməni müxalifəti vətəndaşları yalan vədlərlə mitinqlərə cəlb edirlər. Heç bir mənası olmayan bu cür mitinqlər, Ermənistandakı mövcud böhranı daha da dərinləşdirir. Əlbətdə bütün bunlar “Dəmir Yumruğ”-un dadını görmüş Ermənistan hakmiyyətinin son çırpıntılarıdır. Eyni zamanda Ermənistan hakmiyyətinin son çırpıntıları Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən siyasətin nəticəsidir.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, danılmaz reallıqdır ki, Ermənistan xalqı müharibə istəmir və iqtisadi, sosial, siyasi böhran məngənəsindədir. Ermənistan cəmiyyəti anlayır ki, mövcud böhranların əsas səbəbklarları məhz Sarkisyan-Köçəryan cütlüyü və onların yarıtmaz siyasətidir:
“Ermənistan xalqı artıq illərdir bu yarıtmaz cütlük tərəfindən aldadıldığının fərqindədirlər və yaxşı bilirlər ki, bu siyasət onları uçuruma aparır”.
Azərbaycan hər zaman regionda sülhün və sabitliyin təmin olunmasına çalışmış, sülhsevər və ədalətli mövqe nümayiş etdirmişdir. Lakin Ermənistan hakimiyyəti öz çirkin niyyətlərindən əl çəkmək istəmir – deyən Sədaqət Vəliyeva əlavə edib ki, yaxşı olardı ki, Ermənistan hakimiyyəti İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən nəticə çıxarsın, Azərbaycanın onlara verdiyi tarixi şansı dəyərləndirsin və Azərbaycanla sülh sazişi imzalasın:
“Ermənistanın mövcud böhrandan yeganə çıxış yolu Azərbaycanla sülh sazişi imzalamaqdır.”
Ruhiyyə