Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Sputnik Azərbaycan" içimizdəki Troya atıdır

"Sputnik Azərbaycan" içimizdəki Troya atıdır


Azərbaycanda onlarla akkreditasiya olunmuş xarici jurnalist və media orqanları fəaliyyət göstərir. Onların hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan Respublikasının normativ hüquqi aktları və tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə tənzimlənir. Bir çox xarici media orqanının uğurlu fəaliyyətinin də şahidi oluruq.

Bununla belə bəzi xarici media orqanlarının fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Hətta ən qısa zamanda fəaliyyəti dayandırılmalıdır.
Misal üçün “Sputnik Azərbaycan”. “Sputnik Azərbaycan”ın ölkədəki fəaliyyətini şübhə altına alan və bağlanmasını zəruri edən başlıca səbəb Rusiyanın RT kanalının baş redaktoru, erməni əsilli Marqarita Simonyandır. Simonyanın erməni xislətindən doğan son açıqlamaları bu şəxs qədər onun rəhbəri olduğu qurumun da ölkəmiz üçün potensial təhdid olduğunu sübut edir.

“Qarabağ Rusiyaya birləşdirilməlidir” deyərək Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edən bu qadının təmsil etdiyi qurum “Sputnik Azərbaycan” faktiki olaraq Troya atı funksiyasını icra edir. Mediamıza yerləşdirilən bu Troya atının fəaliyyəti ən qısa zamanda dayandırılmalıdır. Yoxsa yaradacağı fəsadlar çox ağır olacaq!

Turan Rzayev-siyasi şərhçi
Xəbəri paylaş