Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

TUMİB QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihəni uğurla icra edir

TUMİB QHT-lərə Dövlət Dəstəyi  Agentliyinin maliyyələşdirdiyi layihəni uğurla icra edir


Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi layihəni uğurla icra etməkdədir. İctimai Birlik layihə çərçivəsində artıq ölkə daxilində və ondan kənarda bir sıra uğurlu tədbirlər reallaşdırıb.

TUMİB-dən Newscenter.az-a daxil olan məlumata görə, belə tədbirlərdən biri qardaş Türkiyənin bir neçə ali təhsil ocağında baş tutub. Belə ki, Türkiyə Universitetləri Məzunları İctimai Birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İstanbul Haliç Universitetində "Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində" mövzusunda konfrans keçirib. Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi ilə başlanan konfransda əvvəlcə iştirakçıları 1 dəqiqəlik sükutla torpaqlarımızın azadlığı və bütövüyü uğrunda şəhid olmuş igid oğul və qızlarımızı yad ediblər. Daha sonra mövzu ətrafında çıxışlar olub. Konfransda Azərbaycan Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər, Bahçeşehir Universitetinin koordinatoru İhsan Alpargın geniş və ətraflı çıxış edib.

TUMİB-in eyniadlı mövzuda növbəti konfransı Türkiyənin Bahçeşehir Universitetində baş tutub. Konfrans Azərbaycan Respublikasının İstanbul Baş Konsulunun müavini Zaur Allahverdizade və Bahçeşehir Universiteti Məzunlar Koordinatoru Melih Elidüzgünün giriş və salamlama çıxışları ilə başlayıb.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər TUMİB idarə Heyətinin Sədri Tural Əfəndiyev, BAU-nun müəllimi , təhlükəsizlik eksperti Abdullah Ağar, BAU-nun müəllimi, beynəlxalq hüquq eksperti Mehmet Uzun çıxış edərək müzakirə edilən məsələ barədə öz fikir və düşüncələrini bölüşüblər. Bahçeşehir Universiteti koordinatoru İhsan Alpargının moderatorluğunda keçən 2 saatlıq konfransın sonunda mühazirəçilərə hədiyyə və BAU-nun təşəkkür diplomu hədiyyə edilib.
TUMİB İstanbul Beykoz Universitetində də Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə konfrans təşkil edib. 250-ə yaxın tələbənin iştirak etdiyi konfransda əvvəlcə Beykoz Universitetinin prorektoru Baki Aksu giriş nitqi söyləyib.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı, tarix elmləri doktoru, professor Anar İsgəndər, TUMİB idarə Heyətinin Sədri Tural Əfəndiyev, Bahçeşehir Universiteti koordinatoru İhsan Alpargın çıxış ediblər. 2 saatlıq konfransın sonunda mühazirəçilərə İstanbul Beykoz Universitetinin təşəkkür diplomu hədiyyə edilib.

İctimai Birlik Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə reallaşdırdığı layihə çərçivəsində növbəti konfranslarını İstanbul Universiteti və Marmara Universitetinin müəllim - tələbə heyəti ilə online olaraq keçirəcək.

Xatırladaq ki, TUMİB-in Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi "Azərbaycana təzyiqlər Türkiyə ictimaiyyətinin diqqətində" mövzusunda konfransların əsas mahiyyəti və məqsədi yaxın tariximizdə, xüsusilə Vətən müharibəsinə qədərki dövrdə Azərbaycana qarşı olan bəzi xarici təzyiqlər barədə Türkiyə cəmiyyəti, əsas etibarilə də gəncləri məlumatlandırmaqdır. Tədbirlər zamanı həmçinin istər 44 günlük Vətən müharibəsi, istərsə də ondan sonrakı dövrlərdə Azərbaycana olan basqılar, beynəlxalq təsirlər barədə Türkiyənin ali təhsil ocaqlarında oxuyan gəncləri, həm də Türkiyə universitetlərində təhsil alan üçüncü ölkə vətəndaşlarına bilgilər veriləcək.

NEWSCENTER.AZ
Xəbəri paylaş