Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyədə avtobus partladılıb, 1 nəfər ölüb, 7 nəfər yaralanıb

Türkiyədə avtobus partladılıb, 1 nəfər ölüb, 7 nəfər yaralanıb


Türkiyənin Bursa şəhərində həbsxanaya məxsus avtobusa bombalı hücum nəticəsində 1 nəfər şəhid olub, 7 nəfər yaralanıb.

“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, avtobusda həbsxananın mühafizəçiləri olub.

Bildirilib ki, mühafizə xidmətinin əməkdaşlarını daşıyan avtobus Bursa-Mudanya yolunun Karaman məhəlləsi hissəsində partladılıb.

Hadisə yerinə təhlükəsizlik qüvvələrinin əməkdaşları cəlb edilib.

Bursa valisi Yakup Canbolat hücumun terror hadisəsi olub-olmaması məsələsinin araşdırdıqlarını bildirib.
Xəbəri paylaş