Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, nəzarət tədbirləri çərçivəsində 2022-ci il aprelin 20-də ölkə üzrə 149 ictimai iaşə obyektində 273 monitorinq keçirilib. Monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küç., ev 135A ünvanında yerləşən, fiziki şəxs İsmayılov Rüfət Nazim oğluna məxsus “Balkon`da” restoranı;
2. Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küç., ev 141, m. 8 ünvanında yerləşən, hüquqi şəxs “Falcon Group of Companies” MMC-yə məxsus “Altus” otelin tərkibində fəaliyyət göstərən restoran;
3. Salyan rayonu, Salyan şəhəri, A. Ağabəyli küçəsində yerləşən, fiziki şəxs Ağayev Samir Əlifağa oğluna məxsus “Padval Pivəsi” kafesi.
AQTA müfəttişləri tərəfindən respublika üzrə monitorinqlər davam etdirilir və qaydalara əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Mehman