Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində “Səyyar qəbul otağ”ı növbəti dəfə Yardımlı rayonunun Perimbel kəndində təşkil olunacaq.
Bu barədə Newscenter.az-a “Azəriqaz”dan məlumat verilib.
Məlumata görə, aprelin 23-ü, saat 13:00-dan 14:00-a qədər sakinlərin problem və təklifləri fərdi qaydada dinləniləcək.
Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, problem və təkliflərini ifadə edə bilərlər.
Sevinc