Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mayın üçüncü həftəsində İsrail və Fələstinə səfər edəcək.
APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə nazir “CNN Türk” kanalına müsahibəsində deyib.
O qeyd edib ki, İsrailə səfəri çərçivəsində bu ölkə ilə birlikdə Şərqi Aralıq dənizindən təbii qazın ixracı üçün boru xəttinin inşası məsələsi də müzakirə olunacaq.