“Rusiyaya qarşı sanksiya tətbiq edən ölkələri pisləmirəm. Bu şəraitdə sanksiyalara qoşulmağımız mümkün deyil”.
“Report” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk”ə müsahibəsində söyləyib.
Bununla belə, XİN başçısı ölkəsinin BMT-nin Rusiyaya qarşı tətbiq edəcəyi sanksiyalara riayət edəcəyini vurğulayıb:
“Bizim hüquqi öhdəliklərimiz də var. Montrö konvensiyasını tətbiq edirik”.