Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mina qurbanlarına dəstək davam edir

[center]Mina qurbanlarına dəstək davam edir[/center

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” ictimai birliyi “Füzuli, Tər-tər və Qazax rayonlarında yaşayan mina qurbanlarına və onların ailələrinə kiçik biznesin yaradılması” adlı layihəsi üzrə sonuncu tədbirini həyata keçirmişdir. Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.

Newscenter.az xəbər verir ki, 21 aprel 2022-ci il tarixdə Qazax rayonu Çaylı kəndində rayon İcra hakimiyyətinin şəhid ailələri və qazilərlə iş şöbəsinin, Caylı bələdiyyəsi üzvlərinin, qazilərin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə bu kəndin sakini, Vətən müharibəsi qazisi Vəliyev Turalın kiçik biznesə cəlb edilməsilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə layihə rəhbəri Hafiz Səfixanov bildirib ki, bu layihənin məqsədi mina qurbanlarını və onların ailə üzvlərini kiçik biznes sahəsinə cəlb edərək iqtisadi problemlərinin həll olunmasına, cəmiyyətin tamhüquqlu üzvünə çevrilməsinə və onların ailə üzvləri ilə birlikdə ləyaqətlə yaşamasına nail olmaqdan ibarətdir. Bu məqsədlə də Qazax rayonu Çaylı kəndində yaşayan mina qurbanı Vəliyev Tural İsa oğluna onun özünün istəyi ilə 1 ədəd südlük inək alınıb təhvil verilmişdir.

Tədbirdə çıxış edən Qazax rayon İcra Hakimiyyətinin nümayəndəsi, qazilər, Çaylı kənd orta məktəbinin müəllimləri və bələdiyyə üzvləri belə layihələrin vacibliyini bildirdilər və layihənin donoru olan Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkür etdilər.

Sevinc
Xəbəri paylaş