Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibkarlara mümkün olan hər bir dəstək verilir

Sahibkarlara mümkün olan hər bir dəstək verilir


““Azəriqaz” İstehsalat Birliyi öz səlahiyyətləri çərçivəsində və imkanları daxilində bütün istehlakçılara münasibətdə göstərdiyi dəstəyi təbii qazdan istifadə edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olan subyektlərdən də əsirgəmir”.

Newscenter.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbalayev “Açıq mikrofon” aksiyası çərçivəsində paytaxtın Sabunçu rayonunda təşkil olunan görüş zamanı bildirib. Sahibkarlarla sayca 30-cu dəfə keçirilən görüşdə Birlik rəsmiləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məsul şəxsləri də iştirak ediblər.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan Polad Muradov obyektin qarşısından keçən qaz xəttinə qapı keçidinin quraşdırılmasını xahiş edib. İkinci Qarabağ müharibəsinin iştirakçısı Xəlfəli Ağayev fərdi yaşayış evinin qazlaşdırılması, Ələsgər Ələkbərov isə istehlak olunun təbii qaza görə yaranan borcun tutulması zamanı borc faizinin aşağı salınması ilə bağlı müraciət edib. Bundan əlavə Asim Qurbanov da ona məxsus fərdi yaşayış evinin qarşısından keçən qaz xəttinin yerinin dəyişdirilməsini istəyib.

Səsləndirilən suallarla bağlı ətraflı izahatlar, problemlərin yerindəcə aydınlaşdırılaraq həlli istiqamətində müvafiq tapşırıqlar verilib. İbrahim Kərbalayev Birlik rəhbərinin tapşırığı ilə bundan sonra da regionlarla yanaşı, paytaxtda da sahibkarlıq subyektləri ilə Birliyin rəhbər şəxsləri arasında görüşlərin keçiriləcəyini bildirib.

Sevinc
Xəbəri paylaş