Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur

Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur


Azərbaycanda xüsusi karantin qaydalarının daha da yumşaldılması və əksər pandemiya qadağaların aradan qaldırılması ilə bağlı müzakirələr intensivləşir. Artıq əksər ölkələr, tibbi maskdan və vaksin sertifikatından istifadə kimi tələbləri ləğv ediblər. Hətta bu məsələlərə konservativ yanaşan liberal Birləşmiş Ştatlar da yeni yumşaldılmalar barədə qərar verdi.

Karantin qaydalarının ləğvi real sektorun və xüsusən də turizimin inkişafı baxımdan vacibdir. 2021-ci idə formalaşmış Ümumi Daxili Məhsulun (ÜDM) 1,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payın düşüb. Bu o deməkdir ki, turizm və əlaqəli sahələr ötən il 1 milyard 207 milyon manatlıq yeni dəyər formalaşdıra biliblər. Qeyd edək ki, pandemiyadan əvvəlki il turistlərin yerləşdirilməsi və ictimai iaşənin ÜMD-də payı 2,4 faiz idi. Goründyü kimi, karantin tədbirləri səbəbindən turizm və ictimai iaşənin iqtisadiyyatda payı 85 faiz bəndə yaxın azalıb. Doğrudur, ÜDM-in məbləğindəki ötən ilki artım bu sektorların payına təsirsiz ötüşməyib. Amma reallıq bundan ibarətdir ki, karantin qaydalarının ən çox təsir etdiyi sektorlar məhz turizm və ictimai iaşədir.

Artıq yeni turizm mövsümü başlayır. 2019-cu ilə ölkəyə 3.2 milyon turist gəlmişdisə 2021-ci ildə pandemiya səbəbindən bu rəqəm 791,8 minədək azaldı. Bu baxımdan, quru sərhədlərinin mərhələli açılışı, vaksin sertifikatı ilə bağlı tələblərin aradan qaldırılması ölkəyə gələn turistlərinin sayının kəskin artmasına səbəb ola bilər. Turizm neftdən sonra Azərbaycana ən çox valyuta gətirən sektordur. Pandemiyadan öncə illik turizm gəlirləri 2.7 milyard dollara yaxın idi. Bu sektor həmçinin məşğulluğa da xüsusi töhvə verir. Bu baxımdan, əksər Qərb ölkələrində olduğu kimi Azərbaycanda da xüsusi karantin qaydalarının daha yumşaldılması turizm daxil olmaqla bir sıra sektorlar üçün əlavə imkanlar yaradacaq.

Vüqar Bayramov-Milli Məclisin deputatı
Xəbəri paylaş