Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türkiyə daha bir aviaşirkət yaradır

Türkiyə daha bir aviaşirkət yaradır


Türkiyənin Antalya şəhərində rusiyalı turistləri Aralıq dənizi kurortlarına çatdırmaq üçün ikinci aviaşirkət yaradılacaq.

"Report" xəbər verir ki, bu barədə "Airporthaber" portalı məlumat yayıb.

"MGA Aviation" adlı aviaşirkət artıq Türkiyə Mülki Aviasiya Qurumundan əvvəlcədən razılıq alıb. Uçuşlarda dörd təyyarə iştirak edəcək: iki "Boeing 737-900" və iki "Boeing 777".

Portalın məlumatına görə, Rusiya hava limanları ilə Türkiyə kurortları arasında uçuşların başlanma tarixləri açıqlanmayıb.

Gələcəkdə "MGA Aviation" başqa bazarlara da çıxmağı planlaşdırır.

Aprelin ortalarında Türkiyə rusiyalı turistləri ölkəyə cəlb etmək üçün üç mərhələli yol xəritəsi çərçivəsində yeni "Southwind" aviaşirkətinin yaradıldığını elan edib. Aviadaşıyıcı Antalya hava limanında yerləşəcək, yalnız Rusiya şəhərləri və Türkiyənin kurortları arasında uçuşlar həyata keçirəcək. “Airporthaber”in məlumatına görə, “Southwind” may ayının sonunda uçuşlara başlamağı planlaşdırır. Donanma "Airbus" təyyarələrindən ibarət olacaq.
Xəbəri paylaş