Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığında Cənubi Qafqazdakı son vəziyyəti müzakirə edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasından bildiriblər.
Vurğulanıb ki, tərəflər aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasındakı görüşdən də danışıblar.
Məlumata görə, Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin səylərinin iki ölkə arasında sülh razılaşmasına doğru hərəkətin göstəricisi olduğunu deyib.