"Azərbaycan Prezidenti cənab İlham Əliyev aprelin 21-də Füzuli rayonunda Köndələnçay su anbarlarında aparılacaq təmir-bərpa işləri tanış olub. Ümumi sistemə daxil olan “Köndələnçay-1”, “Köndələnçay-2” və “Aşağı Köndələnçay” su anbarlarının bərpası ilə Füzuli rayonu ərazisində 6200 hektar əkin sahəsinin suvarılması mümkün olacaq".
Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, Füzuli rayonun ərazisinin əhəmiyyətli hissəsinin 27 ildən çox işğal altında qalması rayonun suvarma suya olan tələbinin ödənilməsində çətinlik yaradırdı. Xüsusən də yay mövsümündə olan müraciətlərin bir qismi məhz suvarma su təminatı ilə bağlı olur:
"İşğaldan azad olunan ərazilərimizdə su hövzələrin qısa zamanda bərpası istiqamətində həyata keçirilən işlər Qarabağda suvarma suya olan tələbin ödənilməsi baxımdan vacib idi. Bütövlükdə, işğaldan azad olunmuş ərazilərdə 9 su anbarı tikilir və ya təmir olunur".
Deputat diqqətə çatdırıb ki, Azərbaycanın mineral və suvarma su ehtiyatların təxminin ¼-i işğaldan azad olunan ərazilərimizin payın düşür:
"Bu Qarabağ və Şərqi Zəngəzurda kənd təsərrüfatının inkişafı baxımdan vacib faktorlardan biridir. Bütövlükdə, azad edilmiş torpaqlarımızın həm istehsal, həm kənd təsərrüfatı potensialı böyükdür. Bu baxımdan bərpa işlərlərindən sonra Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları Azərbaycanda iqtisadi inkişafa xüsusi töhfə verəcək, inkişafın yeni lokomotivinə çeviriləcək. Bu potensialın reallaşması nəticəsində həmin ərazilərimizin Ümumi Daxili Məhsul İstehsalında payında da artım müşahidə olunacaq. Gözlənilir ki, bərpa prosesindən sonra həmin bölgələrimizdə məhsul istehsalının formalaşması Qarabağ və Şərqi Zəngəzurun Azərbaycan iqtisadiyyatındakı payının 8 faizədək yüksəlməsinə gətirib çıxaracaq".
Mehman