Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BŞTİ-də irlandiyalı tarixçi alim ilə görüş keçirilib

BŞTİ-də irlandiyalı tarixçi alim ilə görüş keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) irlandiyalı tarixçi alim ilə görüş keçirilib.

Newscenter.az xəbər verir ki, görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, irlandiyalı tarixçi, jurnalist, doktor Patrik Uolş, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında yaşayan azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Pərvanə Ağazadə və İdarənin müvafiq struktur bölmə rəhbərləri iştirak ediblər.

Qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini nəzərə çatdıran BŞTİ-nin müdiri Mehriban Vəliyeva belə görüşlərin davamlı təşkilinin zəruriliyindən bəhs edib.

M.Vəliyeva Azərbaycanın qədim dövrdən müasir zamana qədər olan tarixindən, I Qarabağ Müharibəsi və Vətən Müharibəsində xalqımızın igid oğullarının qəhrəmanlıqlarından, qazandığımız şanlı qələbədən söz açıb. Vurğulayıb ki, 44 günlük müharibədə Azərbaycan təkcə döyüş meydanında deyil, diplomatik cəbhədə də qələbə qazanıb.

Doktor Patrik Uolş Azərbaycanın tarixinə, mədəniyyətinə olan sevgisini ifadə edib. Vətən Müharibəsi zamanı Azərbaycanın qəhrəman oğullarının igidliyindən heyrətlə danışan doktor Patrik Uolş bununla bağlı “Qarabağın işğalından azadlığına gedən 44 günlük yol” adlı kitab hazırladığını söyləyib. Bildirib ki, müxtəlif arxivlərdən, dövrü mətbuatdan əldə etdiyi məlumatlar əsasında hazırlanan bu kitabda həm I Qarabağ Müharibəsi, həm də Vətən Müharibəsindən bəhs edilir.

Görüşdə, həmçinin hər iki ölkə arasında təhsil sahəsində görülmüş işlər və ümumi təhsil üzrə gələcək əməkdaşlıq istiqamətləri də müzakirə olunub.
Xəbəri paylaş