Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovla Milli Məclisin deputatı Elnur Allahverdiyev rayon sakinləri üçün səyyar qəbul keçirib.
Newscenter.az xəbər verir ki, hər həftənin cümə axşamı təşkil edilən ənənəvi qəbul bu dəfə 17 saylı Yasamal üçüncü seçki dairəsinin ərazisində baş tutub. Müraciət edən vətəndaşlardan 4 nəfər deputat Elnur Allahverdiyevin millət vəkili seçildiyi seçki dairəsinin sakinləri olub.
Müraciətlərin bir çoxu yerində müvafiq icra strukturlarına tapşırılıb, digərləri isə qarşıdakı həftə ərzində həll ediləcək.
Görüş barədə fikirlərini bölüşən millət vəkili qeyd edib ki, pandemiya ilə əlaqədar məhdudiyyətlərin aradan qaldırılması bu kimi tədbirlərin həyata keçirilməsinə şərait yaradır. Bu yolla vətəndaşların problemlərinin operativ şəkildə həllinə nail olmaq mümkündür
Mehman