Azərbaycanda dövlətin hesabına xaricdə təhsil almaq istəyənlərin 25%-i informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsini seçməli olacaq.
Newscenter.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Azərbaycan Kibertəhlükəsizlik Təşkilatlatı Assosiasiyası" (AKTA) İctimai Birliyinin təqdimat mərasimində bildirib.
“Son illər Azərbaycanda da İKT ixtisaslarına bakalavr səviyyəsində qəbul bir neçə dəfə artıb. Bundan başqa, müəllimlik ixtisası da son illər İKT bacarıqlarını özündə ehtiva edir”, - deyə o, əlavə edib.