Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya azərbaycanlılarının 5-ci qurultayı İkinci Qarabağ Müharibəsində qazanılmış möhtəşəm qələbəmizin növbəti təntənəsidir

Dünya azərbaycanlılarının 5-ci qurultayı İkinci Qarabağ Müharibəsində qazanılmış möhtəşəm qələbəmizin növbəti təntənəsidir


"Dünya azərbaycanlılarının Bakıda keçirilən əvvəlki 4 qurultayının təşkilatçılarından biri kimi qürur hissi ilə bildirirəm ki, 2022-ci il aprelin 22-də Azərbaycanın Şuşa şəhərində keçirilən Dünya azərbaycanlılarının 5-ci qurultayı 44 Günlük İkinci Qarabağ Müharibəsində qazanılmış möhtəşəm qələbəmizin növbəti təntənəsidir".

Newscenter.az xəbər verir ki, bu fikirləri YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev səsləndirib. O bildirib ki, dünyanın hər bir güşəsindən 400-dək soydaşlarımızın Azərbaycanın mədəniyət və musiqi mərkəzlərindən biri olan Şuşa şəhərinə toplaşaraq torpaqlarımızın işğaldan azad olunmasının qürur və sevincini birgə yaşayırlar:

"Şuşa şəhərində keçirilən bu qurultay indiyə qədər dünya azərbaycanlılarının Qarabağın azad olunması üçün çəkdikləri zəhmətin ağrı və acılarını canlarından çıxaracaq. Dünya azərbaycanlıları ermənilər tərəfindən tarixi-mədəni abidələrimizi necə dağıtdıqlarını öz gözləri ilə əyani şəkildə görəcək və erməni vandalizmini dünyada bir daha tanıdacaq, onları müdafiə edən qüvvələrin arqumentlərini alt-üst edəcəklər".

Mehman
Xəbəri paylaş