Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hesablama Palatası daha bir qurumda yoxlama aparıb

Hesablama Palatası daha bir qurumda yoxlama aparıb


Hesablama Palatasında, qurumun sədri Vüqar Gülməmmədovun, eləcə də Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun iştirakı ilə növbəti kollegiya iclası keçirilib.

Bu barədə "Report"a Palatadan bildirilib.

Məlumata görə, iclasda Agentlik üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunması ilə bağlı auditor hesabatı müzakirə olunaraq müvafiq qərar qəbul edilib.

Xatırladaq ki, Dövlət Dəniz və Liman Agentliyi ləğv edilmiş Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin, habelə onun tabeliyindəki Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi, eləcə də Nəqliyyat və Texniki-Təminat İdarəsinin əsasında yaradılıb.
Xəbəri paylaş