Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hikmət Hacıyev: "Azərbaycan-Ermənistan münasibətlərində Minsk qrupunun hər hansı mandatı və funksiyası yoxdur"

Hikmət Hacıyev: "Azərbaycan-Ermənistan münasibətlərində Minsk qrupunun hər hansı mandatı və funksiyası yoxdur"


"Minsk qrupu özü-özünü sıradan çıxarmaq prosesindədir. Minsk qrupunun özü tərəfindən də müxtəlif istiqamətlərdə və səpkidə açıqlamalar verilib ki, artıq bu üç dövlət özü bu və ya digər səbəblərə, xüsusilə də Ukraynada cərəyan edən hadisələr konteksində bir araya gəlməsi qeyri-mümkündür".

Newscenter.az-ın xəbərinə görə, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, həmin ölkələrdən birinin rəsmisi tərəfindən bu, açıq şəkildə ifadə olunub:

"Minsk qrupunun həmsədr ölkələri tərəfindən verilmiş açıqlamalarda da regiona göndərilən nümayəndələrin artıq həmsədr statusunda deyil, digər statuslar daşıdığı qeyd olunur. Bu isə Minsk qrupunun bu formatda fəlaiyyət göstərməsinin qeyri-mümkünlüyüdür. Azərbaycan tərəfi də daimi olaraq məsələ qaldırırdı ki, artıq münaqişə yoxdur, münaqişə həll olunub və regionda yeni münasibətlər istiqaməti var ki, bu da Ermənistan-Azərbaycan münasibətləridir. Azərbaycan-Ermənistan münasibətlərində isə Minsk qrupunun hər hansı mandatı və ya mandat daşıyıcı funksiyası yoxdur. Ona görə də Azərbaycan tərəfi həmişə deyirdi ki, Minsk qrupu nə ilə məşğul ola biləcəyi barəsində özünün bir yol xəritəsini ortaya qoymalıdır. Müharibədən sonrakı dövr ərzində də Minsk qrupu belə bir sənədi ortaya qoymaq iqtidarında olmadığını bir daha da göstərdi".
Xəbəri paylaş