Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir

Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan strateji tərəfdaşlıq münasibətləri uğurla inkişaf edir


“Sirr deyil ki, eyni kökə, mədəniyyətə, qədim tarixi münasibətlərə, ənənələrə malik olan, dini və milli mənsubiyyət eyniliyi Azərbaycan və Qırğızıstan xalqlarının, dövlətlərinin əlaqələrinin inkişafına təsir göstərən mühüm faktorlardandır. Bu səbəbdəndir ki, Azərbaycan-Qırğızıstan münasibətləri bu gün yüksələn xətlə inkişaf edir, hətta strateji tərəfdaşlıq səviyyəsinə belə çatıb. Keyfiyyətcə yeni səviyyəyə çatan Azərbaycan-Qırğızıstan münasibətləri ənənəvi şəkildə, qarşılıqlı surətdə faydalı tərəfdaşlıq, dostluq əsasında qurulub və bütövlükdə siyasi, ticarət-iqtisadi, elmi-texniki, mədəni və digər sahələrdə uğurla inkişaf edir”.

Bunu Newscenter.az-a Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov deyib.

Ramil Vəlibəyov bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlməsindən sonra Qırğızıstanla formalaşan əlaqələr Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da inkişaf edib, yeni inkişaf mərhələsinə qədəm qoyub:

“Ötən illər ərzində hər iki ölkə qarşılıqlı və Qoşulmama Hərəkatı, BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO kimi beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstəriblər. Azərbaycan bütün digər türkdilli dövlətlərlə olduğu kimi Qırğızıstanla da geniş siyasi-iqtisadi və mədəni əlaqələrini sürətlə artırıb. Heç şübhəsiz ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış sənədlər də bu əlaqələri daha da gücləndirəcək. Xüsusilə də, imzalanmış sənədlər sırasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə və Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandum mühüm əhəmiyyətə malikdirlər. Çünki strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir və ölkələri məhz strateji xarakterli əməkdaşlığa kökləyir. Eyni zamanda, Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələlər, həm də regional və beynəlxalq problemlər daha effektli və fəal surətdə müntəzəm müzakirə olunacaq ki, bu da iki dövlətin proseslərə adekvat reaksiya vermək imkanlarını genişləndirəcək”.

“Azərbaycanın mövcud iqtisadi imkanları, nəqliyyat və liman infrastrukturu, eyni zamanda müasir enerji müəssisələrinin, elektrik stansiyalarının, o cümlədən istilik elektrik stansiyalarının yaradılmasında təcrübəsi olan şirkətlər Qırğızıstanın inkişafı, Azərbaycanın sərmayə yatırması üçün əlavə şərait yaradır” – deyən Ramil Vəlibəyov əlavə edib ki, bu gün iki ölkənin bütün sahələr üzrə səmərəli əməkdaşlıq etməsi üçün bütün şərtlər və imkanlar var.

Ruhiyyə
Xəbəri paylaş