Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Qırğızıstandakı Azərbaycan diaspor təşkilatını facebook sosial şəbəkəsində bloklayıb.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Təşkilat sədri Komitə sədrinin belə bir addım atmasının səbəbinə də aydınlıq gətirib:
"Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu layiq olduğu "2022 ci ilin ən yarıtmaz komitə sədri" döş nişanı ilə "təltif" etmişik. Bu haqda səhifəsində yazdım. Həm döş nişanının verilməsi barədə sərəncamı, həm də döş nişanının şəklini paylaşdım. Sərəncam və döş nişanının şəklini sildi, məni də bloka atdı".
Nüsrət Məmmədov onu da deyib ki, təşkilat olaraq hər zaman prezidentin yanındadırlar:
"Biz prezidentimizin yanındayıq. Sən isə Prezidenti dəstəkləyən diasporları parçalamaqla məşğulsan. Dövlət büdcəsindən maliyələşməyinə baxmayaraq, bizim öz hesabımıza gördüyümüz işlər sizin gördüyünüz işlərdən ən azı 10 dəfə çoxdur. Hansı səviyyədə istəyirsən hesabata hazıram".
P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq
Mehman