Bu gün “Palmali” Şirkətlər Qrupunda istismara veriləcək növbəti gəminin adlandırılması ilə bağlı toplantı keçirilib.
Newscenter.az şirkətə istinadən xəbər verir ki, “Magnoliya” tankeri qəhrəman şəhidimiz, mahir kəşfiyyatçı, sözün əsl mənasında, işğalçı Ermənistan ordusunun qorxulu yuxusuna çevrilən Pəncəli Teymurovun adını daşıyacaq.
İclas zamanı “Palmali”nin prezidenti Mübariz Mənsimov gəmi kapitanı Elmar Səlimova son tapşırıqlarını verib: gəmidə Şəhidimizin guşəsi yaradılsın, Pəncəli Teymurovun adını layiqincə daşısın. Gəmi heyəti azərbaycanlılardan ibarətdir. Ad dəqiqləşdirildikdən sonra Mübariz Mənsimov şəhid Pəncəli Teymurovun ailəsinə zəng edib. Düşünürəm bu anı izləmək hər kəsi qürurlandıracaq.
Mehman