Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf strategiyasını yeni mərhələdə müvəffəqiyyətlə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş ardıcıl və sistemli tədbirlər nəticəsində Azərbaycan gəncliyinin hərtərəfli inkişafı istiqamətində mühüm addımlar atılmış, gənclərin ictimai həyatın bütün sahələrində fəal iştirakına geniş imkanlar yaradılmışdır. Respublikamızda gənclərin cəmiyyətdə layiqli yer tutmasını, onlara hərtərəfli diqqət və qayğının göstərilməsini, gənclərin potensialından daha geniş istifadə edilməsini, dövlət idarəetməsində yaxından iştirak etməsini təmin edən və uğurla həyata keçirilən dövlət gənclər siyasətinə əsasən prokurorluq orqanlarında gənc mütəxəssislərin qulluğa qəbulu istiqamətində tədbirlər davam etdirilir.
Newscenter.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnamənin tələblərinə müvafiq olaraq, 2002-ci ildən başlayaraq Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə əlaqəli şəkildə, dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları və beynəlxalq təşkilatlar, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə prokurorluq orqanlarına işə qəbulla əlaqədar keçirilmiş 23 müsabiqənin nəticələri üzrə uğur qazanmış gənc hüquqşünaslar hazırda prokurorluq işçilərinin 83.9 faizini təşkil edir. Müsbət haldır ki, müsabiqə yolu ilə qulluğa qəbul olunmuş işçilərin böyük əksəriyyəti yuxarı təsnifat vəzifələrə irəli çəkilmiş və hazırda onların bir hissəsi rəhbər vəzifələrdə çalışır.
Qeyd edilən tədbirlərin davamı olaraq prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün Baş Prokurorluq tərəfindən 50 ştat vahidi üzrə növbəti müsabiqə elan edilir.
Daha ətrafll məlumat üçün: https://genprosecutor.gov.az/az/post/5069
Mehman