Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putin SSRİ bayrağı ilə nədən daldalanır?!

Putin SSRİ bayrağı ilə nədən daldalanır?!


İşğalçı Rusiya ordusu Ukraynaya soxulan hərbi texnikasının üzərundə keçmiş SSRİ-nin (Sovet Sosialist Respublikalar İttifaqı) dövlət bayrağını nümayşkərcasına istifadə edir və hətta işğal etdikləri kiçik kəndlərin yerli hakimiyyət orqanlarının binalarına sancırlar. SSRİ bayrağı ilə bağlı Rusiya daxilində də proseslərə start verilib. Rusiya Dövlət Dumasında keçmiş SSRİ bayrağının Rusiya dövlətinin bayrağı kimi qəbul olunması məsələsi qaldırılıb və bu ideyanı dəstəkləyənlərin sayı da artmaqdadır. Əvvəla, Rusiya hüquqi baxımdan özünü SSRİ-nin varisi elan edib və Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının (TŞ) üzvü kimi də SSRİ-ni əvəzləyib.

Sözsüz ki, bu simvolun istifadəsinin psixoloji, hərbi və siyasi hədəfləri var. Ancaq ki, Putinin əsas məqsədi tamamilə şək gətirmədiyimiz məqamdır. Əvvəla qeyd edim ki, Putin SSRİ simvolundan istifadə etməklə keçmiş SSRİ ərazilərinə iddialı olduğunu göstərərək, həm də indiki müstəqil respublikalara demək istəyir ki, mən deyəni qəbul etməsəz Ukrayna müharibəsi sizin üçün də ola bilər.

İkinci məqam, Putin dünyaya çatdırmaq istəyir ki, o SSRİ-nin hərbi möhtəşəmliyindədi və dünyanın yarısına bu diktə etməlidir.
Üçüncü məqam, II-ci Dünya Müharibəsində SSRİ Alman faşizminə qalib gəlib və Ukraynada da bu təkrarlanacaq hansı ki, Rusiya Ukraynanı faşizmin yayılmasında, təbliğində ittiham edir və "denasistifikasiya" anlayışı da məhz həmin məqsədlə yaradıb.

Ancaq, yuxarıda qeyd etdiklərimlə yanaşı Putinin SSRİ simvolikasından istifadəsinin başqa məqsədi də var. Baxmayaraq ki, Putin 22 illik hakimiyyəti boyu SSRİ-nin dağılmasını şəxsi faciəsi adlandırsa da, Rusiyanın SSRİ simvolikasından Ukrayna müharibəsinə başlayandan sonra istifadə etdi və fikir versəniz özü də, Rusiya ordusunun məğlubiyyətinin, çarəsizliyinin ortaya çıxmasından sonra. Putinin Ukraynada SSRİ bayrağından istifadə etməsi, Dövlət Dumasında onun dövlət bayrağı kimi qəbulunun müzakirəsi və təbliği əslində Rusiya daxili içtimai fikri aldatmağa yönəlib. Belə ki, rus xalqının təfəkkürü işğalçılıq, imperiya hissləri yükləndiyindən bu xalqın güzəştini ancaq bu hisslərlə qazanmaq olar.

Yəni ki, Putin Ukraynadakı müharibəni SSRİ-nin bərpası uğrunda müharibə kimi və bu müharibədə bütün Qərb dünyası ilə savaş apardığına görə məğlubiyyətini əsaslandırmağa çalışır. Putin etiraf etmək istəmir ki, qarşısında ancaq Ukraynadır və dövlət saymadığı Ukraynaya məğlub oldu. Yadımıza salaq ki, Rusiyanın Ukrayna təcavüzünün ilk saatlarında Qərb Volodimir Zelenskiyə Kiyevi, Ukraynanı tərk etməyi israr edirdi. Odur ki, Putin Ukrayna müharibəsində SSRİ bayrağını əlinə götürməklə böyük amal uğrunda-imperiya uğrunda təkcə Ukrayna ilə deyil, bütün Qərb dünyası ilə vuruşduğunu rus cəmiyyətinə yeritmək istəyir. Bununla da Putin Ukraynada məğlub olduğu müharibəni SSRİ sevdası əlaqələndirərək məqsədi hakimiyyətinə xalqından güzəşt əldə etməkdir. Ancaq nə Putinin hakimiyyəti, nə də Rusiyanın sərhədləri toxunmazlığını qoruya bilməyəcək.

Vüqar Dadaşov
MCP SŞ-nın üzvü, politoloq
Xəbəri paylaş