“TÜRKPA-nın 2023-2028-ci illər üçün Strateji Yol Xəritəsi hazırlanıb”.
Bunu TÜRKPA-nın Baş katibi Məhmət Sürəyya Ər qurumun aprelin 22-də Milli Məclisdə keçirilən Sosial, mədəni və humanitar məsələlər komissiyasının IX toplantısında deyib.
Onun sözlərinə görə, bu sənəddə 2023-2028-ci illərdə TÜRKPA-nın daimi komissiyaları çərçivəsində hazırlanacaq nümunəvi qanunların siyahısı da var: “Belə fəaliyyətlər beynəlxalq əməkdaşlığı gücləndirmək üçün platforma kimi böyük əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında əlaqələri gücləndirmək, onları “Dildə, ideyada, işdə birlik” şüarı və şüuru ilə qidalandırmaq və dəstəkləmək istiqamətində atılan qəti addımlar bu gün yaşadığımız çətinliklərlə üzləşməməyimiz üçün həyati əhəmiyyət kəsb edir”.