Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 19 yeni yoluxma faktı qeydə alınıb, 13 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, ölən omlayıb.
İndiyədək ölkədə ümumilikdə 792 476 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 782 634 nəfər müalicə olunaraq sağalıb, 9 707 nəfər vəfat edib. 135 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 403, bu günə qədər isə ümumilikdə 6 792 132 test icra olunub.