BMT-nin baş katibi Antoniu Quterriş aprelin 28-də Ukraynaya səfər edəcək.
"Report"un məlumatına görə, bu barədə baş katibin ofisindən açıqlama verilib.
Bildirilir ki, Quterriş Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşəcək və prezident Volodimir Zelenski tərəfindən qəbul olunacaq.
O da vurğulanıb ki, baş katib Ukraynada fəaliyyət göstərən ümumdünya təşkilatının əməkdaşları ilə görüşəcək. Onlar ölkə əhalisinə humanitar yardımın genişlənməsini müzakirə edəcəklər.
Qeyd edək ki, daha əvvəl Antoniu Quterrişin aprelin 26-da Moskvaya səfərə yollanacağı və Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcəyi, eləcə də prezident Vladimir Putin tərəfindən qəbul olunacağı açıqlanıb.