Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib

Dövlət Xidməti vəkillər və vəkilliyə namizədlər üçün təlim keçirib


İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin təşəbbüsü ilə “İstehlakçı hüquqlarının müdafiə mexanizmləri” mövzusu Ədliyyə Akademiyasında icbari təlim kursu proqramına və Vəkillər Kollegiyasının Hüquqi Yardım və Tədris Mərkəzinin vəkillərin ixtisasartırma kursunun proqramına daxil edilib. Bununla əlaqədar, Dövlət Xidmətinin nümayəndələri peşəkar vəkillər və vəkilliyə namizəd 119 nəfər üçün onlayn təlim keçirib.

Newscenter.az xəbər verir ki, təlimlərin keçirilməsində məqsəd vətəndaşlara istehlakçı hüquqları ilə bağlı hüquqi yardımın keyfiyyətinin yüksəldilməsi, eləcə də istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı iddia ərizələrinin düzgün tərtib edilməsinin təmin olunmasıdır.
İştirakçılara Xidmətin fəaliyyət istiqamətləri, istehlakçı anlayışı, istehlakçıların əsas hüquq və vəzifələri, istehlakçı hüquqlarının müdafiəsi barədə məlumat verilib. Təlimdə istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı mövcud təcrübə və məhkəmə aktları əsasında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mehman
Xəbəri paylaş