Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var

Kürdəmirdə ağır yol qəzası baş verib, ölənlər var


Kürdəmir rayonunda ağır yol qəzası baş verib, ölənlər var.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 204-cü km-də, Qarabucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Toyota" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı beton lövhəyə çırpılıb. Nəticədə sürücü və onun sərnişini hadisə yerində dünyasını dəyişib.

Meyitlər müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş