Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müzəffər Şuşam

Müzəffər Şuşam


Dünya Azərbaycanlılarının V qurultayının Azərbaycanın mədəniyyət beşiyi, Zəfərimizin simvolu olan Şuşa şəhərində keçirilməsi möhtəşəm hadisədir. 30 ildən sonra dünyanın bütün qitələrində məskunlaşmış 60 milyon azərbaycanlının Şuşada bir araya gəlməsi möhtəşəm rəmzi məna daşıyır. Bu tədbir müdrik siyasi xadim, Ali Baş Komandan İlham Əliyevin ərazilərimiz işğaldan azad etdikdən sonra bütün Dünya azərbaycanlılarını tarixi ünvanda – qədim mədəniyyət paytaxtımız olan Şuşada bir araya toplaması müdrik qətiyyətli siyasətinin və Azərbaycançılıq ideologiyasının təntənəsidir.

Tarixi Qələbədən sonra Ali Baş Komandan, Qalib Sərkərdə İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Şuşanın şöhrətini özünə qaytarmaqdadır, bu qədim türk yurdu öz əvvəlki qaynarlığını, coşqusunu bərpa edir. Ötən il Şuşada “Xarı bülbül” beynəlxalq festivalı, “Vaqif poeziya günləri” keçirildi, Türkiyə ilə Azərbaycan arasında Müttəfiqlik haqqında "Şuşa bəyannəməsi”nin imzalandı, müxtəlif ölkələrin səfirləri, elm və incəsənət xadimləri, dini icmaların nümayəndələri səfər edib. BMT-Azərbaycan diplomatik əlaqələrinin 30 illiyi ilə bağlı geni tərkibli görüşü baş tutub, beynəlxalq təşkilatların və Azərbaycanda fəaliyyətdə olan xarici ölkə səfirliklərinin nümayəndələrinin Şuşaya və işğaldan azad edilmiş digər rayonlara səfərlərlər edərək əsil reallıqları görüblər.

Şuşa cəmi bir il ərzində möhtəşəm tədbirlərin, səfərlərin ünvanına çevrilib. İndi isə Dünya Azərbaycanlıları öz doğma qoynuna toplaması əziz Şuşanın əzəmətini, vüqarını artırır.

Şuşa qurultayı 60 milyon azərbaycanlının Zəfərinin dünyaya nümayişidir.Bu gün Ulu öndərin ruhu şaddır, Pənahəli xanın, İbrahim xanın ruhu şaddır.

Ümummilli lider Heydər Əliyev 21 il əvvəl, 2001-ci ildə keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında deyirdi ki, Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın erməni əsarəti altında qala bilməzi ilə barışa bilmərik və biz öz torpaqlarımıza qayıdacağır. Ulu öndər bildiridi ki, bu torpaq bütün azərbaycanlıların doğma torpağıdır. Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar yaşadığı hər yerdə digər xalqlara, millətlərə, yaşadıqları ölkənin vətəndaşlarına Azərbaycanın keçmişi, bu günü və gələcəyi haqqında bütün məlumatları çatdırsınlar.

Ümummilli liderin vaxtilə əminliklə dediyi kimi biz öz torpaqlarımıza geri qayıtmışıq, öz torpağımız olan Qarabağda, Şuşada dünya azərbaycanlıları bir yerdə toplaşıblar. Bundan böyük qürur hissi və fəxarət ola bilməz.

Qurultay dünya ictimaiyyətinə Azərbaycanın son 2 ilə yaxın bir dövrdə yaratdığı həqiqətləri çatdıran qlobal tribunadır. 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirak etməsi Qurultayın olduqca dünya əhəmiyyətli olmasından xəbər verir. Şuşa Qurultayı xalqımızın birliyini, Azərbaycançılıq ideyalarını Zirvəyə çatdırdı.

Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil olmuşdusa, Şuşa Qurultayı ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın müasir siyasi qüdrətinin dünyaya nümayiş etdirilməsi kimi həkk olundu.

Şuşa Qurultayı dünya azərbaycanlılarının birliyi və həmrəyliyinin, mütəşəkkilliyinin daha da möhkəmlənməsində və təşkilatlanmasında, xalqımızın vahid ideologiya ətrafında sıx birləşməsində mühüm rol oynayacaqdır.

Ulu öndər deyirdi ki, Mən fəxr edirəm ki, Mən Azərbaycanlıyam. Bu gün hər birimiz fəxr edirik ki, Azərbaycanılıyıq, Şuşalıyıq.
31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qeyd olunursa, 22 Aprel 60 milyon Azərbaycanlının Şuşa bayramı kimi tarixə həkk olunacaqdır.

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş