Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxda bədbəxt hadisə baş verib, xəsarət alanlar var

Qazaxda bədbəxt hadisə baş verib, xəsarət alanlar var


Qazaxda bədbəxt hadisə baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Quşçu Ayrım kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, bacı-qardaş ərazidə mal-qara otaran zaman hələ ki dəqiq bilinməyən partlayıcı aşkarlayıblar. Oğlan onu yerə çırpan zaman kiçik partlayış baş verib.

Xəsarət alanlar 2010-cu il təvəllüdlü Nuriyev Cavad Mikayıl oğlu və onun bacısı, 2008-ci il təvəllüdlü Nuriyeva Nabad Mikayıl qızıdır. N.Nuriyevanın vəziyyəti normal, digərinin vəziyyəti isə kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.
Xəbəri paylaş