Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Torpaq sahəsinin qiymətləndirilməsi necə həyata keçirilir?

Torpaq sahəsinin qiymətləndirilməsi necə həyata keçirilir?


Torpaq sahəsinin qiymətləndirilməsi müəyyən bir torpaq sahəsinin bazar qiymətini təyin edən bir prosesdir. Torpaq sahəsi növlərinə, mənzil tikintisi üçün nəzərdə tutulmuş həyətyanı torpaq sahəsi, sahibkarlıq məqsədi ilə iri tikinti üçün nəzərdə tutulan torpaq sahəsi, icarəyə verilmiş torpaq sahəsi, kənd təsərrüfatı üçün nəzərdə tutulan torpaq sahəsi, dövlət istifadədəsində olan torpaq sahələrini göstərmək olar.

Newscenter.az Məhkəmə Ekspertizası Xidmətlərinə istinadən xəbər verir ki, torpaq sahələrini qiymətləndirdikdə onların təyinatları və başqa nüanslar nəzərə alınır.

Başqa daşınmaz əmlak növləri kimi torpaq sahələrinin qiymətləndirilərkən yerləşdiyi rayon, ümumi sahəsi, relyefi, təyinatı və s. mütləq nəzərə alınır. Aşağıdakı sadalanan hallarda torpaq sahəsinin qiymətləndirilməsi prosesi aparılır:

• Alqı-satqı zamanı
• Əgər miras və varislik zamanı mübahisəli məqam yaranarsa
• İstənilən növ problemli əmlak bölgüsü zamanı: boşanma hallarında, iflas olduqda və s.
• Torpaq sahəsinin girov qoyulması ilə kredit əldə edilərkən
• İnvestisiya cəlb etdikdə və ya torpağın inkişafı üçün sərmayə qoyduqda

Məhkəmə Ekspertizası Xidmətləri MMC şirkəti olaraq biz sizə torpaq səhəsinin bazar qiymətini operativ şəkildə dəyərləndirilməsini təklif edirik. Mütəxəssislərimizin zəngin təcrübə və bacarığı sayəsində torpaq sahələsinin qiymətləndirilməsi prosesi ən qısa vaxtda həyata keçirilir.

Mehman
Xəbəri paylaş