İsrailin maliyyə naziri Aviqdor Liberman öz departamentinin yüksək səviyyəli nümayəndə heyətinin müşayiəti ilə bu gün, aprelin 24-də Azərbaycana səfər edəcək.
Bu barədə “Report” “Ynet” xəbər agentliyinə istinadən xəbər verir.
Qeyd olunub ki, səfər çərçivəsində Aviqdor Liberman Azərbaycan rəsmiləri ilə İsrailə neft, karbamid və buğda idxalını müzakirə edəcək.