Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İçərişəhər sakinlərinin övladları üçün tədbir keçirilib

İçərişəhər sakinlərinin övladları üçün tədbir keçirilib


Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibəti ilə “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruq İdarəsinin nəzdində fəaliyyət göstərən Tahir Salahovun ev-muzeyində İçərişəhər sakinlərinin övladları üçün tədbir keçirilib.

Newscenter.az İdarəyə istinadən xəbər verir ki, tədbirdə görkəmli Azərbaycan yazıcısı və dramaturqu Mirzə Fətəli Axundovun Azərbaycan Milli Konservatoriyasının nəzdində olan Respublika İncəsənət Gimnaziyasının tələbələrinin iştirakı ilə dramaturqun əsərlərindən ibarət kiçik həcmli səhnəciklərin nümayişi etdirilib.

Bundan başqa yazıçı Hülya Cəfərovanın kitablarının təqdimatı və müxtəlif kitabların üz qabığı və illüstrasiyalarından ibarət uşaqların rəsm əsərlərindən sərgi keçirilib.



NEWSCENTER.AZ
Xəbəri paylaş