Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Erməni soyqrımı”nı dəstəkləyənlər Xocalı soyqrımını görməzlikdən gəlirlər

“Erməni soyqrımı”nı dəstəkləyənlər Xocalı soyqrımını görməzlikdən gəlirlər


"Bu gün tarixdə öz vəhşilikləri ilə ad çıxaran bədnam ermənilər və onların türk düşməni olan havadarları tarixdə heç zaman olmayan "erməni soyqrımı"nı qeyd edirlər, yenə də öz ənənələrinə sadiq qalaraq Türkiyəni heç zaman törətmədiyi hadisəyə görə qınaq obyektinə çevirməyə cəhd edirlər".

Newscenter.az xəbər verir ki, bu fikirləri Təkamül Partiyasının sədri Teyyub Əliyev səsləndirib. O bildirib ki, dünyada sülhdən, insanlığa qarşı hərəkətlərin, cinayətlərin yolverilməz olduğundan danışan,107 il öncə baş verməyən hadisələri ermənilərin xristian olduğunu əsas götürərərk reallıq kimi qələmə verən, öz tarixlərini "unudan" türk düşmənləri hamının görü qarşısında müsəlman azərbaycanlılara qarşı erməni faşistlərinin törətdiyi Xocalı soyqrımını həyasızcasına görməzlikdən gəlirlər:

"Ancaq unudurlar ki, bu heç nəyi dəyişmir! Tarix üçün 107 il bir andır, gec-tez hamının bildiyi, bəzilərinin türk düşmənliyini əsas götürərək dəstəkləməkdə davam etdiyi, erməni yalanına son qoyulacaqdır və erməniləri dəstəkləyənlərin gələcək nəsilləri bu utancverici hərəkətlərinə görə onları ən azı qınayacaqlar. Buna heç kəsin şübhəsi olmasın".

Mehman
Xəbəri paylaş