24 aprel - uydurma “erməni soyqırımı” adlı növbəti bir saxta erməni səhifəsi. Bilirsinizmi erməni faşizminin uydurduğu və uzun illərdən sonra hazırda bir çox insanımız tərəfindən Ukrayna probleminə görə başına and içilən ABŞ Prezidenti Co Bayden tərəfindən dilə gətirilən saxta “erməni soyqırımı”na görə bizə qarşı hansı vəhşiliyi ediblər ermənilər?!
Yunan miflərinə görə intiqam ilahəsi Nemezida ilahəsinin adından götürdükləri ”Nemzis” adlı qanlı əməliyyat. Bu əməliyyat həm Azərbaycan, həm də Türkiyə siyasi elitasının XX əsrin əvvəlinə aid nümayəndələrinə qarşı aparılıb.
“Nemzis” adlı qanlı əməliyyat nəticəsində fərqli tarixlərdə dünyanın müxtəlif şəhərlərində-Roma, Berlin, İstanbul, Tiflis və digər şəhərlərdə şəhid olan dahi şəxsiyyətlər: Azərbaycan Demokratik Respublikasının keçmiş baş naziri Fətəli xan Xoyski, parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Daxili işlər naziri Behbud xan Cavanşir, Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetirilir və keçmiş ədliyyə naziri olan Xəlil bəy Xasməmmədov isə yaralanır.
Daha sonra Osmanlı imperiyasının keçmiş daxili işlər naziri və sədr-əzəm olmuş Tələt Paşa, hərbi dəniz qüvvələri naziri Camal paşa, imperiyanın keçmiş sədr-əzəmi Səid Hilmi Paşa, Trabzon valisi Camal Əzim və "Təşkilati Məxsusə"nin yaradıcısı Bahəddin Şakir də vəhşicəsinə qətlə yetirilirlər. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, bu cinayəti törədənlər arasında erməni səfirləri və digər vəzifəli şəxsləri də olub və bir çox cinayətkar Almaniya, İtaliya və digər ölkələrin məhkəmələri tərəfindən saxta bəraət də alıblar!
Xəyal Bəşirov-Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri