Fransada prezident seçkilərinin ikinci turunda hazırkı dövlət başçısı Emmanuel Makron liderlik edir.
"Report" Belçika mətbuatına istinadən xəbər verir ki, bunu "exit-poll" məlumatları təsdiq edir.
Məlumata görə, Makron səslərin 58 faizini toplaya bilib. Digər namizəd Marin Le Pen seçicilərin 42-25 faizinin etimadını qazanıb.
Emmanuel Makron Parisdə seçkilər başa çatdıqdan sonra Eyfel qülləsinin ətəyində vətəndaşlara müraciət etmək niyyətindədir.
Bundan əvvəl Fransada seçici fəallığının 63,23% olduğu barədə məlumat yayılıb.
Qeyd edək ki, 2017-ci ildə keçirilən prezident seçkilərində Le Pen Makrona uduzmuşdu. Belə ki, Fransada keçirilən seçkilərin 2-ci turu zamanı Emmanuel Makron 66,1 % səslə qalib gəlib. 5 il əvvəl seçicilərin 33,9 %-i Marin Le Penə səs verib.