Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gürcüstanda yaşayan soydaşlarımız üçün iftar süfrəsi təşkil edilib

Gürcüstanda yaşayan soydaşlarımız üçün iftar süfrəsi təşkil edilib


Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları Qardabani rayonunun Qaracalar kəndində yerli soydaşlarımızın təşkil etdiyi iftar süfrəsində iştirak edib.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, tədbirdə həmçinin Kvemo Kartli qubernatorunun müavini Giorgi Şincikaşvili, Qardabani meri Davit Karqareteli, bələdiyyə sədri Mixeil Qedexauri, Türkiyənin Gürcüstandakı Səfirliyinin dini işlər müşaviri Ahmet Erdem, Bütün Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov, Şərqi Gürcüstan müftisi Etibar Eminov və digər din xadimləri, yerli ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirə ümumilikdə 700 nəfərə qədər şəxs qatılıb. İftar süfrəsi mərasimində Quran oxunub, qonaqlar tərəfindən çıxışlar edilib.



Mehman
Xəbəri paylaş