Fransanın hazırkı prezidenti Emmanuel Makron, ilkin məlumatlara görə, prezident seçkilərinin ikinci turunda qalib gəlib.
"Report" xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, o, 57,6% səs toplayıb. Onun rəqibi Marin Le Pen 42,4% səs qazanıb.
Yaxın vaxtlarda hər iki siyasətçinin səsvermənin nəticələri ilə bağlı açıqlamalar verəcəyi gözlənilir.