"Bir həftə əvvəl İsveçdə Qurani-kərimi yandıraraq ölkədəki müsəlmanları ayağa qaldıran danimarkalı ifrat sağçı, Stram Kurs partiyasının lideri Rasmus Palu bu dəfə eyni hadisəni Danimarkada təkrarladı və İsveç polisindən fərqli olaraq Danimarka polisinin onu qoruduğunu bildirdi. Tolerantlığın beşiyi sayılan Qərbdə Ramazan, Pasxa və Pesax bayramlarının təqribən eyni günlərə təsadüf etdiyi bir vaxtda hələ də bu cür cılız metodlardan istifadə edilməsi çox təəssüf doğurur".
Newscenter.az xəbər verir ki, bu fikirlıəri Mənəvi Dəyərlər Fondunun rəhbəri Mehman İsmayılov səsləndirib. O qeyd edib ki, orta əsrlərdə kilsənin inkvizisiya məhkəmələri bu dəfə əl dəyişdirib:
"Fərqli əqidələrinə görə insanları tonqallarda yandıran inkvizisiya məhkəmələri ilə müsəlmanların kitabını yandıran Rasmus Palular arasında nə fərq var? Qərb nədənsə "sərhədsiz ifadə sərbəstliyi"ni əsasən müsəlmanlara tətbiq edir. Ola bilər ki, müsəlmanlara qarşı Qərbdə formalaşan düşüncənin haqlı tərəfləri olsun. Lakin bu cür hərəkətlər inteqrasiya fəaliyyətlərinə daha ağır zərbə vurur və bütövlükdə mədəniyyətlər arası qarşıdurmanı gücləndirir".
Mehman