Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Putinlə görüşən Paşinyan artıq Brüsseldəki adam deyil

Putinlə görüşən Paşinyan artıq Brüsseldəki adam deyil


Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Prezidenti cənab İlham Əliyevə dünənki zəngi gözlənilən idi. Xatırladaq ki, cənab Mişel Ermənistanın baş nazirinin Moskva səfəri öncəsi və oradan dönəndən sonra onunla da zəngləşmişdi. İkinci zəngdən sonra yəqin o da gördü ki, Putinlə görüşən Paşinyan artıq Brüsseldəki adam deyil. Əgər Brüssel danışıqları çəkilib göstərilməsəydi, Ermənistan rəhbərliyi hətta belə bir görüşün olduğunu dana da bilərdi.

Azərbaycan isə telefon danşığı haqda verilən rəsmi xəbərdən də göründüyü kimi Brüssel öhdəliyinə əməl edərək artıq bütün hazırlıqları görüb. Ermənistan-Azərbaycan sərhəddinin delimitasiya-demarkasiyası üzrə milli komissiyanın və iki ölkə arasında sülh anlaşmasını hazırlayacaq heyətlərin tərkibi təsdiqlənib. Yəni biz Brüsseldə əldə edilən razılaşmaya uyğun olaraq təqdim etdiyimiz 5 prinsip əsasında və Bakı-İrəvan formatdında Ermənistanla danışıqlara tam hazırıq.

Amma Paşinyanın sözdə guya iki dövlət arasında sülh yaratmaq istəyən, əməldə isə bunu mümkün qədər uzatmağa çalışanlarla məsləhətləşmələrindən sonra verdiyi açıqlamlar göstərir ki, qarşı tərəf Minsk qrupu həmsədrliyi dönəmindəki davranışlarını təkrarlamaq niyyətindədir.

Ermənistan rəhbərliyinin bu cür dəyişkənliyini və paşinyanlara təsir imkanları olanların isə əsl niyyətlərini yaxşı bildiyindən cənab Prezident hələ bir neçə ay öncə bizim istənilən varianta hazır olduğumuzu vurğulamışdı ki, Dünya Azərbaycanlılarının Şuşadakı Zəfər Qurultayında da ona toxundu.

Əminəm ki, Brüsseldəki görüşdə və dünənki telefon danışığı zamanı da həmən Zəfər Qurultayında deyilən bir çox fikirlər Şarl Mişelin də diqqətinə çatdırılıb. Söhbət Prezident İlham Əliyevin bu açıqlamalarından gedir:

“1)Yaxın gələcəkdə konkret danışıqlara başlamaq lazımdır və danışıqları çox uzatmaq lazım deyil.

2)Ermənistanla Azərbaycan arasında əlaqələr, o cümlədən diplomatik əlaqələr yaradıla bilər. Bu təklifi irəli sürməklə bir daha biz xoş niyyətimizi göstəririk və yenə də deyirəm, uzaqgörənlik göstəririk. Ermənistanda hərdənbir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır. Əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik. İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq.

3)Hər kəs bilməlidir, bu gün Azərbaycan Ordusu istənilən vəzifəni icra edə bilər”.

Sahib Alıyev-Milli Məclisin deputatı
Xəbəri paylaş