Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığı olub.
"Report"un xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Telefon danışığı zamanı Rusiya və Ukrayna arasında müharibədə son hadisələr, eləcə də danışıqlar prosesi müzakirə olunub.
Prezident Ərdoğan danışıqlar prosesində hər cür köməklik göstərməyə və vasitəçilik rolu da daxil olmaqla lazımi dəstəyi verməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Türkiyə Ukraynaya təhlükəsizlik zəmanəti verməklə bağlı məsələyə prinspial olaraq müsbət yanaşır.
Bundan əlavə, Ərdoğan vəziyyətin hər gün pisləşdiyi Mariupoldan yaralıların və mülki əhalinin təxliyyəsinin təmin edilməsinin zəruriliyini bəyan edib.