Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Revaşinst meyillər Ermənistan özü üçün yaxşı nə isə vəd etmir

Revaşinst meyillər Ermənistan özü üçün yaxşı nə isə vəd etmir


Bakıda Cənubi Qafqazda dayanıqlı sülh ilə bağlı müzakirələrin aparıldığı bir zamanda İrəvanın mərkəzində Azərbaycan və Türkiyə bayraqları yandırırlır. Bu Ermənistan ritorikasını və boş revanşizmi bir daha təsdiq edən faktdır. Aydındır ki, belə revaşinst meyillər sülh prosesinə maneə olur və elə Ermənistan özü üçün yaxşı nə isə vəd etmir.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Vüqar Bayramov səsləndirib. O bildirib ki, Azərbaycan sülh müqaviləsinin imzalanması ilə bağlı beynəlxalq hüquq və BMT-nin konvensiya və prinsiplərinə uyğun 5 təklif irəli sürüb:

"Əslində sülh müqaviləsinin imzalanması Ermənistanın bu gün üzləşdiyi ağır iqtisadi və sosial vəziyyətin yumşalmasına gətirib çıxara bilər".

Deputat qeyd edib ki, İrəvanda nə etmələrindən asılı olmayaraq isə Azərbaycan və Türkiyə bayraqları hər zaman ucalarda dalğalanır və daim zirvələrdə olacaq:

"Mithat Cemal Kuntayın söylədiyi kimi, bayraqları bayraq yapan üstündəki qandır. Qanı isə yandırmaq olmur. Bu gün ucalarda dalğalanan hər iki bayraq uğrunda canlarından keçən Şəhidlərimizə Allah rəhmət etsin".

Mehman
Xəbəri paylaş