Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb

Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb


Azərbaycanda məhkəmə əməkdaşı barəsində cinayət işi başlanılıb.

Bu barədə Newscenter.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Zərdab rayon məhkəməsinin vəzifəli şəxsinin vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin istintaqı tamamlanmışdır.
İstintaqla Zərdab rayon məhkəməsində böyük məsləhətçi vəzifəsində işləmiş Elçin Səmədovun vəzifədə işləyərkən özünü məhkəmədə mülki iş üzrə qərar qəbul etmək səlahiyyəti olan hakimlə guya yaxın əlaqəyə malik olan şəxs kimi təqdim edib yaratmış olduğu inam və etibardan sui-istifadə edərək, həmin məhkəmənin icraatında olan mülki iş üzrə ona müraciət etmiş vətəndaşa köməklik edəcəyinə dair yalan vəd verməsinə, bu yolla da 2021-ci ilin may ayında xidməti otağında sonuncunun 5 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə, həmçinin həmin hərəkətləri ilə vətəndaşı rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

İş üzrə toplanmış sübutlar əsasında Elçin Səmədova Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq-şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməklə törədildikdə) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir.

İstintaq zamanı cinayət işi üzrə vurulmuş maddi ziyanın ödənilməsi təmin edilmişdir.

Mehman
Xəbəri paylaş