Bakıda attestatsız direktor müavini vəzifəsinə götürülən şəxslə bağlı araşdırma aparılır.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, paytaxtdakı 3 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini Yusifova İsmət Qədir qızı 01.09.2004-cü ildə işə qəbul edilib: "2004-cü ildə 3 nömrəli tam orta məktəb Binəqədi Rayon Təhsil Şöbəsinin tabeliyində olub. 2006-cı ildə Bakı şəhərində rayon təhsil şöbələri ləğv edilərək Bakı Şəhəri üzrə Təhsil İdarəsi yaradılıb. Həmin məsələ ilə bağlı araşdırma aparılıb. Bununla bağlı müvafiq tədbir görülməsi üçün aidiyyəti orqanlara müraciət olunub.