Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda postmünaqişə dövrünə həsr olunmuş beynəlxalq forum keçirilib

Bakıda postmünaqişə dövrünə həsr olunmuş beynəlxalq forum keçirilib


Bu gün Bakıda “Post münaqişə dövrünün yeni reallıqları-Sülh və Əməkdaşlıq Platforması” mövzusunda beynəlxalq Forum öz işinə başlayıb. Newscenter.az xəbər verir ki, forum Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə təşkil edilib. Forumu giriş sözü ilə açan layihənin rəhbəri Vüqar Əhmədov beynəxalq layihənin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, Forumun məqsədi post-münaqişə dövründə regionda yaranan yeni reallıqla xarici ekspertləri və beyin mərkəzləri nümayəndələrini tanış etməkdir.

Daha sonra çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva layihə ilə bağlı öz fikirlərini bildirərək qeyd edib ki, bu cür layihələrin icrası ölkəmizin maraqlarının müdafiəsi baxımından vacibdir və QHT-lərin beynəlxalq əməkdaşlığına töhfə verir. Aygün Əliyeva konfransın işinə uğurlar arzu edib.

Forum öz işinə plenar sessiyalarla davam etmişdir. Beynəlxalq Forumda Azərbaycan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad Çıraqov, Türkiyədən "Haber Türk"-ün yazarı Kürşad Zorlu, Rusiya Milli Elmlər Akademiyasının elmi işçisi Stanislav Pritçin, Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin analitiki Əlişir Abdreşev, Gürcüstan Siyasi İnstitunun analitiki Nino Samxaradze və digərləri müxtəlif mövzular üzrə məruzə ilə çıxış ediblər. Daha sonra Azərbaycan beyin mərkəzləri nümayəndələri, vətəndaş cəmiyyəti nümayəndələri və media nümayəndəıərinin iştirakı ilə regionda Azərbaycanın yaratdığı yeni reallıqlar, 3+3 regional əməkdaşlıq platformasının perspektivləri, Rusiyanın Qarabağda sülhməramlı missiyasının fəaliyyəti, Gürcüstanın Ermənistan və Azərbaycan arasında vasitəçilik missiyası və səyləri və digər mövzular müzakirə edilib.

Qeyd edək ki, sabah beynəlxalq ekspertlər Ağdama yola düşəcəklər və orada olan dağıntı, eyni zamanda quruculuq işləri ilə tanış olacaqlar.

Mehman
Xəbəri paylaş