Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır

Bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır


Beynəlxalq Əqli Mülkiyyət Günü 2000-ci ilin sentyabr ayında Ümumdünya Əqli Mülkiyyət Təşkilatı (ÜƏMT) Baş Assambleyasının qərarı ilə təsis edilmişdir. Bu əlamətdar günün qeyd edilməsi üçün 26 aprel tarixinin seçilməsi isə təsadüfi deyil. Belə ki, ÜƏMT-in təsis edilməsi haqqında Konvensiya 1970-ci ilin məhz bu tarixində qüvvəyə minmişdir.

Newscenter.az Məhkəmə Ekspertizası Xidmətlərinə istinadən xəbər verir ki, bu gün əqli mülkiyyət hər bir ölkənin davamlı inkişafında əsas rol oynayır. Buna görə də əqli mülkiyyət məsələlərinin milli qanunvericiliyə inteqrasiyası vacib mərhələ kimi qəbul olunur. Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə əqli mülkiyyətlə bağlı münasibətlərin tənzimlənməsi istiqamətində mühüm işlər görülmüş, bu sahədə zəngin qanunvericilik bazası yaradılmışdır. 1996-cı ildə “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında”, 1997-ci ildə “Patent haqqında”, 1998-ci ildə “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” Azərbaycan Respublikasının qanunları qəbul olunmuş, ölkəmiz 1995-ci ildə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının təsis etdiyi Konvensiyaya və Avrasiya Patent Konvensiyasına qoşulmuş, Avropa Patent Təşkilatı ilə əməkdaşlıq əlaqələri qurmuşdur.

Mehman
Xəbəri paylaş