Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə “Könüllü gömrükçü” dəstəsinin üzvlərinin “Bakı Kitab Mərkəzi”nə ekskursiyası təşkil olunub.
Newscenter.az DGK-ya istinadən xəbər verir ki, “Ümumdünya kitab və müəlliflik hüququ günü” münasibəti ilə təşkil olunan ekskursiya zamanı könüllü gömrükçülərimiz fərqli janrlarda qələmə alınan çoxsaylı nəşrlər, mərkəzdəki oxu zalı, zəif görmə qabiliyyəti olan oxucular, uşaqlar, elmi fəaliyyətlə məşğul olan şəxslər üçün nəzərdə tutulan guşələr, təqdimat zalı ilə yaxından tanış olublar.
Sevinc