Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Michelin ulduzu İstanbulda

Michelin ulduzu İstanbulda


İstanbul dünyanın ən prestijli restoran qiymətləndirmə sistemlərindən biri olan Michelin Bələdçisi tərəfindən diqqət mərkəzində olan 38-ci yer olub. İstanbulda seçilən ilk Michelin ulduzlu restoranlar oktyabrın 11-də açıqlanacaq.

Newscenter.az xəbər verir ki, İstanbulun Michelin Bələdçisi müfəttişləri tərəfindən qastronomiyası ön plana çıxarılan 38-ci beynəlxalq məkan olduğu Atatürk Mədəniyyət Mərkəzində keçirilən mərasimdə açıqlanıb. Mərasimdə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ərsoy, Michelin Bələdçisinin Beynəlxalq direktoru Qvendal Poullennec və digər qonaqlar iştirak ediblər.

MARKA DƏYƏRİ ARTACAQ

Mərasimdə çıxış edən nazir Mehmet Nuri Ərsoy bildirib ki, İstanbul tarixi 1900-cü illərə qədər uzanan və dünyanın ən yüksək qida və içki standartlarına sahib restoranlarını özündə birləşdirən Michelin Bələdçisinə qoşulub.

“Michelin Bələdçisi tərəfindən İstanbulun qida və içki sektoruna göstərilən bu maraq Türkiyənin qastronomiya turizmində də ön sıralarda olduğunun göstəricisidir. Michelin Bələdçisi orijinallığı, müxtəlifliyi, davamlılığı və yaradıcılığı ilə seçilən restoranlarımızı tamamilə yeni perspektivlə qlobal səhnəyə çıxaracaq. İstanbuldan sonra özünəməxsus mətbəxi və bənzərsiz restoranları ilə İzmir, Bodrum və Çeşmənin də Michelin Bələdçisinə daxil ediləcəyinə ürəkdən inanıram. Qida və içki sektorumuz Michelin Bələdçisindən aldığı dəstəklə şübhəsiz ki, qlobal qastronomiya turizmi fəaliyyətindən layiq olduğu payı alacaq və İstanbul marka dəyərini gücləndirərək dünya qastranomiya şəhərləri arasında əhəmiyyətini artıracaq”, - nazir deyib.

Michelin Bələdçisinin beynəlxalq direktoru Qvendal Poullennec isə unikal yemək xarakterini formalaşdıran qədim ənənələrin və gənc, açıq fikirli və yaradıcı istedadla qidalanan İstanbul mətbəxinin onları heyrətləndirdiyini vurğulayıb.
Xəbəri paylaş